Səudiyyə Ərəbistanında COVID-19-a daha 1 552 nəfər yoluxdu

0
375

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların ümumi sayı 27 min nəfəri ötüb.
Bu barədə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Abed əl-Əli bildirib.
O, qeyd edib ki, ölkədə COVID-19-a bir gün ərzində 1 500-dən çox yeni yoluxma qeydə alınıb. “Bu gün koronavirusa 1 552 yeni yoluxma qeydə alınıb, COVID-19 xəstələrinin ümumi sayı 27 011 nəfərə çatdı”, – Abed əl-Əli deyib.
Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusdan ölənlərin sayı 184 nəfərdir, onlardan 8-i son bir gün ərzində vəfat edib.
Ötən gün ölkədə COVID-19-a yoluxmuş 369 nəfər sağalıb.
“Son gün ərzində koronavirusa yoluxanların 19%-i Səudiyyə Ərəbistanı vətəndaşları, 81%-i əcnəbilərdir. Xəstələrdən 16%-i qadın, 84%-i kişidir”, – nazirlik rəsmisi əlavə edib.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.