ŞƏT-in Baş katibi -İlham Əliyevi təbrik edib

0
498
ŞƏT-in Baş katibi İlham Əliyevi təbrik edib
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
 Təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Bu il fevralın 9-da Azərbaycan Respublikası parlamentinə növbədənkənar seçkilərin müvəffəqiyyətlə keçirilməsi ilə əlaqədar səmimi təbriklərimi qəbul edin.

Səmərəli dövlət idarəçiliyi, iqtisadiyyatın davamlı modernləşdirilməsi, vətəndaşların rifah səviyyəsinin yüksəldilməsi, dövlətin ardıcıl xarici siyasəti növbədənkənar parlament seçkilərində Sizin başçılıq etdiyiniz Yeni Azərbaycan Partiyasının qələbəsini şərtləndirən amillər olub.

Əminəm ki, seçkilərdə əldə olunmuş nəticələr Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün müəyyənləşdirilmiş kursa, habelə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində çoxşaxəli əməkdaşlığın daha da möhkəmlənməsinə və inkişafına töhfə verəcək.

ŞƏT-in müşahidəçilər missiyası seçki prosesinin monitorinqinin aparıldığı dövrdə ona yaradılmış şəffaf və demokratik mühitə, hərtərəfli dəstəyə görə dərin təşəkkürünü bildirir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə və yaxınlarınıza yeni-yeni nailiyyətlər, yenilməz güc, ruh yüksəkliyi, firavanlıq, rifah və möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm”.