Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
O bildirib ki, ölkə üzrə 1 milyon 457 min 776 nəfər səs verib.
“Bu isə ümumi seçicilərin 27.35 faizini təşkil edir”, – deyə o bildirib.
Qeyd edək ki, rəsmi məlumata görə, Azərbaycanda 5 milyon 329 min 460 nəfər seçici var.