Sərt karantin rejimi daha iki həftə uzadıla bilər – RƏSMİ + VİDEO

0
648

Azərbaycanda sərt karantin rejiminin daha iki həftə uzadılması nəzərdə tutulur.

Bu sözləri AzTV-də yayımlanan “Hədəf” verilişdə qonaq olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Şahmar Mövsümov bildirib ki, karantinin uzadılmasına məcburuq.

O əlavə edib ki, heç kəs hazırda pandemiya şəraitində olduğumuzu və karantin rejiminin davam etdiyini unutmamalıdır.

Ş.Mövsümov qeyd edib ki, Azərbaycan səhiyyə sistemi pandemiya şəraitinə uyğunlaşdırılıb.