Sərnişinlərdən bilet qiymətindən əlavə ödəniş tələb edilməsi ilə bağlı Bakı Avtovağzalından AÇIQLAMA

0
213

Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və rayonlararası avtobus marşrutları üçün müəyyən edilən sərnişin biletlərinin qiymətindən baha satıldığı iddia olunur.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassasından Bakı-Qaradağlı reysinə bilet alan sərnişinin iddiasına görə, gediş haqqı 11,70 olduğu halda, ondan 12,50 manat alınıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişin şikayəti əsasında məsələni araşdırıb. Bu barədə qurumdan araşdırmanın nəticəsi barədə açıqlama verilib.

Bildirilib ki, kassaya nəzarət kameraları vasitəsilə bilet satışı prosesi izlənilib:

“Görüntülər kassir tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədiyini sübut edir.

Belə ki, 06.05.2013-cü ildə Bakı-Ağdam (Qaradağlı) avtobus reysinə bilet alan sərnişin mövcud tarifə əsasən, 11 manat 70 qəpik gediş haqqı üçün 15 manat ödəyib. Kassir tərəfindən ona biletlə bərabər, 3 manat 30 qəpik qalıq qaytarılıb. Beləliklə, iddia təsdiqini tapmayıb”, – deyə məlumatda qeyd olunub.