Elə sürücülər var ki, yalnız polisləri görəndə maska taxırlar. Sərnişinlər belə sürücülərdən maska taxmalarını tələb etməlidirlər.
Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “ATV Qərargah” proqramında deyib.
“Sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrinin sürücüləri də, sərnişinlər də maskalardan istifadə etməlidirlər. Lakin istər taksi, istərsə də avtobus sürücüləri arasında elələri var ki, yalnız polisi görəndə maskanı boğazlarından qaldırırlar. Burada sərnişinlərin də üzərinə çox ciddi bir iş düşür. Sərnişinlər sürücülərdən maska taxmalarını tələb etməlidirlər. Hətta bu, taksilərdə daha zəruridir. Taksilərdə ara məsafəsi daha az olduğu üçün sürücünün, sərnişinlərin maska taxması çox vacibdir”, – o bildirib.