Sərnişinlər bonuslar qazanacaqlar – Azərbaycanda YENİLİK

0
79

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişindaşımada ilk dəfə loyallıq proqramını həyata keçirməyi planlaşdırır.

Bunu ADY-nin sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, layihənin reallaşdırılmasına yaxın zamanlarda başlanılacaq:

“Aviadaşımalarda tətbiq olunan “Miles” proqramına uyğun olaraq qatarlarda gedişlərin sayına görə sərnişinlər bonuslar əldə edəcəklər”.

R.Rüstəmov vurğulayıb ki, loyallıq proqramı ADY-nin mobil tətbiqinə əlavə ediləcək: “Bununla yanaşı, mobil tətbiqə bir sıra yeni funksiyaların əlavə edilməsi gözlənilir”.

Xatırladaq ki, ADY hazırda Bakı-Pirşağı-Sumqayıt, Bakı-Xırdalan-Sumqayıt, Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı istiqamətlərində sərnişin daşıyır.