Şərəfli jurnalist yolu…

0
625

Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin “Keçmişə ehtiramla, gələcəyə inamla” layihəsi çərçivəsində növbəti tədbiri tanınmış yazıçı-jurnalist Rafiq Hacıyevin 65 illik yubileyinə həsr olundu.

Bu günə kimi dövrü mətbuatda 800-dən çox ədəbi-bədii, publisistik məqalələri, oçerkləri, müsahibələri, reportajları, eyni zamanda teatr, kino, musiqi, rəssamlıq, xalçaçılıq və incəsənətin digər sahələrinə həsr edilmiş yazıları dərc olunmuş, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbay\can Hüquqşünaslar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin və Azərbaycan Rəssamlar İttifaqının sıralarında işgüzar fəaliyyəti ilə seçilən, bir çox kitabların müəllifi Rafiq Hacıyev onlarca fəxri mükafata layiq görülmüşdür.

Hazırda prokurorluq işçilərinin çətin və şərəfli işindən bəhs edən və bu orqanın 100 illik yubileyinə həsr olunmuş üç roman, dörd povest və əlli bədii-sənədli istintaq hekayələrindən ibarət olan iki cildlik kitab və “Başsız qadının sirri…” adlı doqquz hissəli roman üzərində yaradıcılıq işini başa çatdırıb.

Mətbuat konfransında onu tanıyanların söhbətləri, sevənlərinin, məsləkdaşlarının, birgə yaradıcılıq yolu keçdiyi dostlarının arzuları bitib-tükənmədi.

Rafiq müəllimin metoformozalardan kənar yaradıcılıq nümunələrində onun humanistliyi və ən gözəl insanı xüsusiyyətləri hər zaman öz əksini tapmışdır.

Onun qələmə aldığı əsərlərdə jurnalist peşəsi ilə hüquqşünas biliyinin sintezi mükəmməl təcəssüm tapıb.

Şərəfli jurnalist yolunda əzmkar addımları ilə irəliləyən Rafiq Hacıyevi biz də təbrik edirik!

Bu yolun sizin kimi layiqli peşəkar davamçılarının çox olmasını arzu edirik.

“İctimaixeber.az”