Sən özünlə apardın qəlbimdən ümidləri

0
4539

Gözümündən yayınmırdın,bircə an ,bircə saat,
Gözlərim yollardadır,qəlbimsə intizarda,
7 gündür yoxluğun,ürəyimə dağ çəkib.
Mən səni böyütmüşdüm,sonsuz arzularımda.

Sən özünlə apardın qəlbimdən ümidləri,
Sənsiz necə yaşayım,açılan səhərləri.
Oğul payım,qardaşım,mənim yaxın sirdaşım.
Ürəyim parçalanır,bu həsrətin dağında.

Boylanır yollarına Zenfira körpə balan,
Ay istəyi könlündə,ömrü yarımçıq qalan,
Qeyrətini dostların uca tutdular son an,!
Vida günlərində də dayandılar sağında.

Sərdabədə ,kəfəndə nə oldu son istəyin,?
Qardaşın Aslanında qanamışdı ürəyi,
Sevimli nənən-baban qoynuna aldı səni,
Səni oğul saydılar ,gül-çiçəkli bağında.

Azadə-Talehəm mən,bəxtimin kəm balası,
Cavanşirin yadigar,bir alınmaz qalası.
Arzularım kədərdən qara geyib libası,!
Bitməyir bu hicranın gözlərimin ağında,
Talehim köçüb getdin ömrün cavan çağında……!!!

Hacı Azadə-Taleh Abbasqızı
26.07.2020
04.23