Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin “ruhu ölü” təşkilat olduğunu deyib.
Onun sözlərini “RİA Novosti” sitat gətirib.
Türkiyə lideri Qəzza zolağının cənubunda yerləşən Rəfahdakı vəziyyətdən çaşdığını bildirib. Onun sözlərinə görə, ABŞ mülki şəxslərin ölümünə görə İsrail kimi eyni məsuliyyəti daşıyır.
“Qəzzada insanlar ölürsə, Avropada söz azadlığı və uşaq hüquqları ölür” deyən Ərdoğan çıxışını belə yekunlaşdırıb:
“BMT, soyqırımı dayandıra bilmirsənsə, sən daha nəyə lazımsan? BMT öz işçilərini belə qoruya bilmir. BMT-nin ruhu ölüdür”.