Şəmkirdə oğlu ilə mübahisə edən qadın intihar edib – TƏFƏRRÜAT + YENİLƏNİB

0
439

Şəmkir rayonunda qadın yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisə ötən gün rayonun Şiştəpə kəndində baş verib.

İlkin məlumatlara görə, 1980-ci il təvəllüdlü Samirə Quliyeva yetkinlik yaşına çatmayan oğlu ilə mübahisə edib. Yaranan ailə münaqişəsi zəminində qadın gecə saatlarında yaşadığı evin həyətində özünü ağacdan asaraq intihar edib.

İlkin məlumatlara görə, qadının meyitini oğlu aşkar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

09:24

Şəmkirdə ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Təxminən, 20-30 yaşlarında olan Samirə Quliyeva yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.

Qadın hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.