Səlcuq Bayraktar: “Azərbaycanlı mühəndislərlə iş birliyinə tələbat var”

0
216

“Azərbaycan Texniki Universitetində mühəndis tələbələrlə görüşüm oldu. Tələbələrin bu sahədə təhsil alması ilə bağlı Texniki Universitetin Türkiyədəki universitetlərlə əməkdaşlıqları mövcuddur”.

O, Texniki Universitetin tələbələri ilə gələcəkdə əməkdaşlıq qurulmasının mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb:

“Şirkət kimi də belə əməkdaşlıqlar üçün fürsətlər artır. Tələbat da var. Bu festivallar gələcəkdə azərbaycanlı mühəndislərlə iş birliklərinin yaranmasına gətirib çıxara bilər. Bir millət, iki dövlət olaraq bu tərz layihələr iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradır. 

Bu festivalın məqsədlərindən biri elə iki ölkənin qardaşlıq münasibətlərini daha da möhkəmləndirməkdir”.