Səkkiz yaşlı uşaq qocalıqdan öldü – VİDEO

0
406
Anna Sakidon səkkiz yaşında olmasına rəğmən qocalıqdan dünyasını dəyişib. Dünyada bu günə qədər sadəcə 350 nəfərdə görünən çox nadir genetik xəstəliyə görə uşaq 80 yaşlı insanın vücuduna sahib idi.

Bu barədə “tv100” xəbər yayıb.

Ukraynanın Volınsk vilayət xəstəxanasının həkimi olan Nadejda Katamanın sözlərinə görə, Anna uşaq yaşlarından xəstəxanada qeydiyyatda olub.

“Anna bir neçə dəfə insult keçirib, o, həmçinin əzalarının tetraparesisindən (hər iki əlin və hər iki ayağın əzələlərinin iflici) əziyyət çəkirdi”, – həkim bildirib.

Qeyd edək ki, sürətli qocalma əlamətləri ilə özünü göstərən proqeriya dünyanın ən nadir xəstəliklərindən biridir, onun müalicəsi mümkün deyil.