Bu barədə “Liverpool Echo”ya istinadən xəbər verib.
Latora və Cekson internetdə oyun oynadıqları zaman Ceksonu əsməcə tutub. Xırıltı səsləri eşidən qız ondan vəziyyətinin necə olduğunu soruşub, cavab almadıqda onun yaşadığı ünvana təcili yardım çağırıb.
Qızda oğlanın valideynlərinin telefon nömrəsi olmadığına görə onlara xəbər verə bilməyib. Evin birinci mərtəbəsində olan valideynlər ikinci mərtəbədə narahat olan oğullarının vəziyyətini polislər gələndə öyrəniblər.
Hüquq-mühafizə orqan işçiləri onlara ABŞ-dan zəng gəldiyini deyiblər.
Tibbi müdaxilə nəticəsində Ceksonun vəziyyəti yaxşılaşıb.
Anası bildirib ki, oğlu ilk dəfə 2019-cu ilin mayında belə əsməcə keçirib.
Hazırda oğlan xəstəxanaya yerləşdirilib. Oğlanın valideynləri Latoraya xüsusi minnətdarlıq bildiriblər.