Şəkili gənclər “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində maarifləndirmə işləri aparırlar

0
457

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq!” kampaniyasına qoşulan Şəki rayonunun gənc könüllüləri sakinlər arasında ictimai maarifləndirmə tədbirlərini davam etdirirlər.
Şəki Gənclərin İnkişaf və Karyera Mərkəzindən bildirilib ki, aksiya çərçivəsində könüllülər növbəti dəfə sakinlərə pandemiyaya qarşı istifadə etmək üçün əlcək və tibbi maskalar paylayıblar. Gənclər, həmçinin koronavirusdan qorunmaq məqsədilə hazırlanan və üzərində təbliğat-təşviqat şüarları yazılmış stiker-etiketləri əhalinin daha çox toplaşdığı məkanların, restoran və kafelərin, bankomatların, ödəmə terminallarının qarşısına, ictimai nəqliyyat vasitələrinə, şəxsi avtomobillərə yapışdırıblar.
Sosial aksiya vətəndaşlar tərəfindən razılıqla qarşılanıb.