Şəkidə sakinlərə hücum edən it üç nəfəri dişlədi

0
554

Şəkidə it sakinlərə hücum edib.

Hadisə rayonun Qırxbulaq kəndində baş verib.

İt sakinlərə hücum edərək 2014-cü il təvəllüdlü Hüseynov Vüsal Nadir oğluna, 2011-ci il təvəllüdlü Əlili Adəm Polad oğluna və 2008-ci il təvəllüdlü Əlifov Cəlal Cavanşir oğluna xəsarət yetirib. Xəsarət alanlar yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanada yaralılara yardım göstərilib və onlar quduzluğa qarşı peyvənd olunub.

Yaralıların hər üçünün müalicələri davam etdirilir.