Şəki Xan Sarayında yeni turniketlərin quraşdırılması ilə bağlı redaksiyamıza görüntülər göndərilib.
Məsələ ilə əlaqədar Dövlət Turizm Agentliyi (DTA) ilə əlaqə saxladıq.
DTA-dən bildirilib ki, sarayın girişindəki turniketlər çoxdan quraşdırılıb:
“Sadəcə olaraq, turniketlərin yan hissələrində dəmirlər yox idi, onlar quraşdırılıb. Bilet alan şəxslər onu turniketə yaxınlaşdırmaqla içəri daxil olurlar”.