Səhiyyədə inqilab: ÜST süni intellektin “bələdçi”si haqda məlumat yaydı

0
155

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyə sahəsində istifadə olunan sürətlə inkişaf edən süni intellekt texnologiyası “LMM”lər üçün yeni bələdçi nəşr edib.

ÜST-nin saytında verilən açıqlamada sürətlə böyüyən “LMM”lər süni intellekt texnologiya şirkətləri və səhiyyə təminatçıları tərəfindən texnologiyadan düzgün istifadəni təmin etmək məqsədi daşıyan yeni bələdçinin nəşr olunduğu açıqlanıb.

Açıqlamada bildirilib ki, bələdçi insan ünsiyyətini təqlid etmək və proqramlaşdırılmamış tapşırıqları yerinə yetirmək kimi xüsusiyyətlərinə görə səhiyyədə istifadə olunan “LMM” süni intellekt texnologiyasından düzgün istifadəyə kömək edəcək. Bələdçi 40-dan çox tövsiyədən ibarətdir.

Bələdçi xəstələrin yazılı suallarının cavablandırılması, xəstənin simptomlarının müəyyən edilməsi və müalicəsinin tədqiqi, xəstə ziyarətlərinin sənədləşdirilməsi kimi “LMM”lərin vəzifələri ilə bağlı tövsiyələrin yer alması ilə bağlı məsələlərə də toxunulub.

Dr. Ceremi Farrar süni intellekt texnologiyalarının səhiyyə xidmətlərini təkmilləşdirmək və inkişaf etdirmək potensialına malik olduğunu ifadə edərək, bu texnologiyalardan faydalananların “şəffaf məlumat və siyasətlərə” ehtiyacı olduğuna diqqət çəkib.