Səhiyyə Nazirliyi valideynlərə çağırış etdi

0
478

“Valideynlər heç olmasa ildə bir dəfə övladlarını müayinədən keçirməlidirlər”.

Bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş “Uşaq hüquqları tribunası” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, məsuliyyətli valideynlər gələcəyin sağlam övladı, fərdi deməkdir: “Valideynlərlə yanaşı, uşaqlar da öz hüquqlarını bilməli, sağlamlıqlarının keşiyində dayanmalıdırlar”.