Şəhidlik bir zirvədir,ünvanı əbədiyyətdir

0
282

Bu gün Qəbələ rayon
Şəhid Ağaşirin Babayevin ev muzeyi ziyarət olundu

Qəbələ rayon Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin müəllimi Ramella Quliyeva 5-ci, 7-ci sinif
şagirdləri ilə Ağaşirin Babayevin evini ziyarət etdi.

Tədbirdə şəhid ailələri, yazarlar, müəllimlər və şagirdlər iştirak etdi.

Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirlmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Şagirdlər kompazisiyalar hazırlamış şeirlər söyləmişdir. Tədbirin aparıcısı Ramella müəllimə şəhid ailələrinə çıxış üçün söz vermişdir.

Şəhidin valideynləri gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.

Qəbələ rayonu Qəmərvan kəndi

Babayev Ağaşirin 2001 ci il 16 mayda Qəbələ rayonu Qəmərvan kəndində anadan olub. Orta təhsilini 2007- 2018 ci illərdə Qəbələ şəhəri 3 saylı tam orta məktəbində alıb. 2019 cu ildə həqiqi hərbi xidmətə gedib. Həqiqi hərbi xidmətini davam etdirən zaman 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ Müharibəsində iştirak edib. 3 noyabrda Xocavənd rayonunda gedən döyüşlərdə şəhidlik məqamına ucalıb. 18 noyabrda müqəddəs nəşi ailəsinə təhvil verilib. 2020 ci il 19 noyabrda Qəbələ şəhər qəbristanlığında dəfn olunub.

Allah cəmi şəhidlərimizə rəhmət etsin.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri