Şəhidlik bir zirvədir, ünvanı əbədiyyətdir

0
32

Vətən müharibəsi şəhidi Elşən Dəmirlinin məzarı ziyarət edilərək xatirəsi anılıb

Bu gün Vətən müharibəsində canından keçmiş igidlərdən biri olan Qəbələ rayon Nic qəsəbə sakini Dəmirli Elşən Gündüz oğlunun şəhidlik zirvəsinə ucalmasının 4- cü ildönümüdür. Bu münasibətlə şəhid ailələri ,qazilər, axundlar, Qəbələ TV , ,təşkilat rəhbərləri və Elşən Dəmirlinin təhsil aldığı məktəbin kollektivi şəhidin məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirəsi anılmış və ruhuna dualar oxunmuşdur. Şəhid Elşən Dəmirlinin ailəsi mərasim iştirakçıları tərəfindən evində ziyarət edilmişdir.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri