Şəhidlərimiz ən ali qürür mənbəyimizdir

0
173

Qəbələ rayon Mıxlıqovanq kənd şəhidi Ümman Əmraslanovun adına abidə kompleksinin açılışı oldu.

Abidə Bakı şəhəri Qaraçuxur qəsəbəsində inşa olunmuşdur.

Tədbirdə Qaraçuxur qəsəbəsinnin icra nümayəndələri, ictimai təşkilat rəhbərləri, Qəbələ şəhid ailələri, Bakı şəhid ailələri, digər region şəhid ailələri,qazilər, zabitlər, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri, Dəmir yumruq ” Alfa A “cəmiyyətiin rəhbəri, Qızıl Aypara cəmiyyətinin sədri,44 Gündə Qızıl Tarix Yazanlar” layihəsinin rəhbəri, medya nümayəndələri , məktəblilər iştirak etdi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra abidə kompleksinin açılışını şəhidin daun sindromlu bacısı Nurcan açmışdır.

Şəhidin anası,atası çıxış edərək gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.

Gələn qonaqlara çıxış üçün söz verilmişdir.

Sonra tədbir ehsan süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisinin”,
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri