Şəhidlər unudulmur

0
16

Qəbələ rayonu Seyidqışlaq kənd şəhidi Qədirzadə Aqşinin 4- cü il dönümü qeyd olundu

Tədbirdə kənd sakinləri, məktəbin müəllimi kollektivi, şagirdləri, FHN əməkdaşları, kəndin icra nümayəndəsi, bələdiyyə sədri, ilahiyyatçılar, şəhid ailələri, qazilər, təşkilat rəhbərləri , yazarlar iştirak etmişdir.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Tədbirdə iştirak edənlər şəhidin yaxınlarına başsağlığı vermişdir.

Tədbir ata ocağında çay süfrəsi arxasında davam etmişdir

Qədirzadə Aqşin Elman oğlu 10.03.1999 cu il Qəbələ rayonu Seyidqışlaq kəndində anadan olmuşdur. 2005 ci ildə Qəbələ rayonu Seyidqışlaq kənd məktəbinin 1-ci sinfinə getmişdir. 2014 cu il həmin məktəbin 9-cu sinfini bitirib. 2016 cı il Qəbələ rayonunda yerləşən Peşə Məktəbinin çilingər peşəsinə getmişdir. Lakin öyrənəcəyi peşəni yarımçıq qoyaraq 2017 ci il hərbi xidmətə getmişdir. Hərbi xidmətini Bakı şəhərində Ədliyyə Nazirliyi tərkibində yerinə yetirmişdir. Aqşinin Birinci Qarabağ müharibəsi qazisi olan atası 2018 ci il fevral ayında rəhmətə gedib. 2018 ci il oktyabr ayında həqiqi hərbi xidmətini başa vurmuşdur. Aqşin yenidən hərbiyə qayıtmışdı. 15.05.2019 cu il kursa başlayıb, 12.07.2019 cu il həmin kursu motoatıcı manqa komandiri olaraq bitirib. Aqşin həmlə taborunda MAXE olaraq xidmət edib. Tovuz döyüşlərində iştirak etmişdi. 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində Murovdağda Kəlbəcər rayonu istiqamətində döyüşmüşdü. Oktyabrın ayının 4-ü itgin düşmüşdü. 17 dekabrda şəhid olmağı təsdiqlənmiş və şəhid xəbəri verilmişdir. 2020 ci il 18 dekabrda Qəbələ rayonu Seyidqışlaq kənd qəbiristanlığında dəfn olunub

Allah cəmi şəhidlərimizə rəhmət etsin

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəz Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri