Şəhidlər şərəf, qeyrət ucalıq zirvəsidir.

0
365

Qəbələ rayon Mıxlııqovaq kənd şəhidi Elşən Babazadənin məzarının ziyarət edib , ailəsinə , yaxınlarına başsağlığı verdik.

Məzarın üstünə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Qəbələ rayon Vəndam qəsəbəsi bir nömrəli məktəbin birinci A sinif şagirdi Ayla Abdurrahmanova Şəhidimizə həsr olunmuş şeir söylədi.
Şəhid ailələri, yazarlar Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon numayəndliyi rəhbəri,Mıxlıqovaq kəndin icra nümayəndəsi İldırım Əhmədov,ruhanilər,kənd əhli, qazilər şəhidin məzarın ziyarət etdi.

Onu da qeyd edək ki, Elşən Babazadənin anası illər öncə vəfat etmişdir.
Evin tək oğlu idi. Nişanlanmışdı, Oktyabr ayında toyu olacaqdı.
Atası çox əzabla böyüdüyünü söylədi, həm ana, həm ata olmuşam dedi.

Elşən Babazadə 2022 sentyabr ayının 12 – dən 13- nə keçən gecə qisas əməliyyatını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların
Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon numayəndliyi rəhbəri