Əziz və hörmətli soydaşlarım, qardaşlarım!
Bu gün Sumqayıt Qazilər Birliyinin fəxri üzvləri, Vətən müharibəsinin qəhrəman iştirakçıları və şəhid valideynləri ilə birlikdə Tovuz rayonunun Quşçular kəndində təntənəli bir yas mərasimi keçirdik. Bu məqsədlə bir araya gələrək, vətən uğrunda canlarını fəda edən igid oğullarımızın, qəhrəman şəhidlərimizin xatirəsini hörmətlə yad etdik.
Mərasim zamanı şəhidlərimizin məzarı başında Quran oxunaraq, ruhlarına dualar edildi. Şəhid ailələri ilə səmimi görüşlər keçirildi, onların kədərində iştirak etdik.
Vətən yolunda can verənlər ölməz, onlar milli şüurumuzun dirçəldiciləridir!
Bu görüşdə Sumqayıt şəhər Qazilər Birliyinin nümayəndələri, müharibə iştirakçıları, qazilər, yerli əhaliyə müharibə dövrünün çətin anlarını, döyüş yoldaşlarının qəhrəmanlıqlarını danışdılar. Xüsusilə vurğuladılar ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda verilən hər bir şəhid bizim üçün müqəddəsdir.
Tovuzun qəhrəman torpağında Quşçu kəndində yaşayan sakinlər də öz növbəsində, şəhidlərimizin xatirəsini əbədi yaşatmaq üçün sadiq qalacaqlarını bildirdilər.
Bu tədbir bir daha sübut etdi ki, Azərbaycan xalqı üçün şəhidlər yalnız keçmiş deyil, gələcəyimizin işığıdır! Onların xatirəsini yaşatmaq, ailələrinə dəstək olmaq hamımızın borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vətənə xidmət bizim ən böyük şərəfimizdir!








