Şəhidlər ölməz Vətən bölünməz

0
209

Şəhid İdrisov Ruslanın bu gün üçüncü il dönümü qeyd olundu.
Tədbirdə şəhid ailələri ,qazilər yazarlar, axundlar məktəblilər, müəllim kollektivi,kənd sakinləri , iştirak etdi.
Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhana dualar oxunmuşdur.
Şəhidin anası çıxış edərək oglunun anim günü münasibətilə onu tək qoymadıqları üçün gələn qonaqlara təşəkkür etdi.

Tədbir intellektual inkişaf mərkəzində ehsan süfrəsi arxasında davam etmişdir.

Əslən Qəbələ rayonu Qəmərvan kəndindən olan İdrisov Ruslan Qabil oğlu 2002 ci il iyun ayının 6-sı Ukraynada anadan olmuşdur. 2009 cu ildə Qəbələ rayonu 3 saylı tam orta məktəbin 1ci sinfinə getməyə başlamış , 2020 ci il Zarağan kənd 2 saylı tam orta məktəbin 11ci sinfini bitirmişdir. 2020 ci il 11 iyulda həqiqi hərbi xidmətə getmişdir. Ruslan 2020 ci il 27 sentyabrda başlanan müharibədə həqiqi hərbi xidmət etdiyi Goranboy rayonunda yerləşən N saylı hərbi hissədən iştirak etmişdir .Ailəsi ilə sonuncu danışığı 21 sentyabrda olmuşdur. Müharibə vaxtı əlaqə saxlanıla bilməmiş, iki aya yaxın sonra şəhid olduğu təsdiqlənmiş, 27 noyabrda ailəsinə şəhid olduğu xəbəri verilmişdir.Şəhid İdrisov Ruslan 2020 ci il 28 noyabrda Qəbələ rayonu Soltannuxa kənd qəbristanlığında dəfn olunmuşdur. Bir bacısı və bir qardaşı var idi.

Allah cəmi şəhidlərimizə rəhmət etsin

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri