Naxçıvan .Cəhri kəndi. 20.05.2022. Mayor Rasim Əbdül oğlu Məmmədovun cənnətdəki mövludu qeyd olundu ,”Kiçik dünyanın böyük insanları”kitabının təqdimatı keçirildi.
Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri,filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova Tabor komandiri Aprel şəhidlərimizdən olan Rasim Məmmədovun dünyaya göz açdığı Cəhri kəndində başqa illəldən fərqli anım mərasimi keçirilməsinin təşəbbüskarı olub. Üç ay öncə 29 şəhidimizin (burda həm 1 –ci Qarabağ müharibəsi həm də Vətən müharibəsi şəhidləri yer alıb) əziz xatirəsinə həsr olunmuş “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirilmişdi. Kitabda Rasim Məmmədova da ayrılmış səhifə var. Jalə Cəfərova bir çox şəhid ailələrinin kitab təqdimatında iştirak edə bilmədiklərini nəzərə alaraq özü bir çox rayonlarda təkrar təqdmatlar sərgiləşişdir.
Cəhri kəndinə toplaşan Rasimin əzizləri,Naxçıvanın müxtəlif bğlgələrində mövluda toplaşan qazilərimiz,məktəblilər təqdimata rəng qataraq xatirələrini bölüşdülər.
Jalə xanım hər kəsi salamlayaraq bu sözlərlə mövlud gecəsini davam etdirdi”İllərdir tanıdığım bu ocaq mənim üçün həm əzizdir həm də müqəddəs. Bu ocaqda vətənə olan sonsuz sevgini sözüylə əməliyə,qanıyla,canıyla sübut edən üç nəslin nümayəndəsi gəlib keçib. Calal Məmmədov 1941-45 ci il müharibəsinin iştirakçısı ,oğlu Əbdül Məmmədov 1 –ci Qarabağ müharibəsi başlayan kimi olmazın fədakarlığını göstərərək sağlamlığını itirərək 24 il yataq xəstəsi oldu və onun böyüdüb tərbiyə verdiyi Rasim Əbdül oğlu Məmmədov. “ Anım mərasiminə toplaşan əzizlər .qazilər ,Rasimin və Əbdül Məmmədovun müəllimləri,Nazilə anamız söylədikləri xatirələriylə hamını kövrəltsələr də belə oğulla qürur duyduqlarını da xüsusi vurğuladılar.
Məktəb direktoru Rəşad Rüstəmli, qazilərimiz Fərdi Məmmədov,1 ci Qarabağ müharibəsi qazisi Osman İbrahimov (Osman Məmmədov həm də kitabda müsahibə verən Nurhan İbrahimovun atasıdır) ,qazi Roman İbrahimov,Tamara müəllimə ,Girşad Rüstəmlinın çıxışlarını həyacansız dinləmək mümkün deyildi.Sonra Jalə xanım kitabda adı keçən igid şəhidlərimizlə bağlı geniş məlumat verərərək “Mən bir daha təkrar edirəm,bu igidlərin həyatını vərəqlədikcə,onları böyüdüb tərbiyə edən valideynləri dinlədikcə içimdə bir səs eşitdim və bir daha əmin oldum ki BU DÜNYA BELƏ OĞULLARIN QARŞISINDA ÇOX HƏM DƏ ÇOX KİÇİK GÖRÜNÜR. Kitabın adını məhz ona görə belə adlandırdım “dedi. Evdəki mərasim Jalə xanımın imzasıyla təqdim etdiyi kitabların təqdim olunmasıyla davam etdi.
Rasim Məmmədovun adına açılmış süfrədən sonra ata-balanın uyuduğu dağın ən hündür yerindəki məkana məktəblilər əklil qoydular. Şəhidlərimiz anıldı,Dövlət Himnimiz səsləndi. Şəhidimizin qardaşı Etibar Məmmədov dinimizin adətlərinə uyğun müqəddəs kitabımız QuraniKərimdən surələr səsləndirdi. və Nazilə anamızın Etibar bəyin hər kəsə təşəkkürüylə sona çatdi.
Nəzakət Kərimova Əhmədova AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Qürur”bədiiYaradıcılıq Mərkəzi nəzdində”Xarıbülbül”əbəbi məclisinin sədri