Şəhidlər fəxrimiz,fəxarətimizdir.

0
62

Bu gün Azərbaycan Texniki Universitetində Bakıxanovlar nəslindən olan baş leytenant Həmidov Nəriman Qəzənfər oğlunun anım mərasimi
keçirildi.
Tədbirədə Azərbaycan Texniki Universitetinin Professorları, Müəllim heyyəti, tələbələr, zabitlər, şəhidin ailə üzvləri, şagirdlər,idarə təşkilat rəhbərləri iştirak etmişdir.

Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan respublikasının dövlət himni səsləndirilmişdir.

Şəhidin döyüş yoldaşları şəhid Nərmənovun həyat yolundan danışmış,onun qisasının yerdə qalmadıgını söyləmişdir.
Şəhidin bacısı qardaşından olan xatirələri göz yaşları ilə anlatdı.

Məktəblilər şeirlər söyləmiş, kompazisiya nümayiş etdirmişdi. Həmidov Nəriman 25.05.1992- çi ildən 23.09.1992-ci ilədək Cəbrayıl və Füzuli bölgəsində döyüşmüşdür. Ali təhsilli ,ailəli olub.
Allah rəhmət eləsin şəhidlərimizə.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və inkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri