Şəhidlər bizim qurur yerimiz, fəxrimizdir.

0
283

Bu gün Qəbələ rayon şəhid İqbal Babayevin cənnətdəki dogum günü qeyd olundu.

Tədbirdə şəhidin yaxınları, qazilər, şəhid ailələri,yazarlar, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri iştirak etdi.

Qəbələ rayon Vəndam qəsəbə sakini Abdulrəhimova Ayla şəhidlərimiz haqqında şeir söylədi.

Şəhidin ruhuna dualar oxunub, məzarına gül dəstələri qoyulmuşdu.

Şəhidin anası Ülviyyə xanıma təşkilatımızın fəxri fərmanı verildi.

Sonra şəhidin adına tikilmiş bulagın açılışı olmuşdur.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri