“Düşmən ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!” – Bu ifadə Azərbaycan şəhidinin son sözlərindən olub.
Könüllü olaraq cəbhəyə yollanan igidlərimizdən biri də İsmayılov Sabirdir.
Trend-in məlumatına görə, Sabirabaddan olan Sabir döyüşlərdə iştirak etmək üçün çağırış məntəqəsinə 5 dəfə müraciət edib. Yaxınlarının sözlərinə görə, Sabir İsmayılov uşaq yaşlarından daim hərbçi olmaq və vətənə qulluq etmək arzusunda olub.
Atası Ədalət İsmayılov qeyd edir ki, oğlu iyul hadisələrində Polad Həşimov şəhid olan zaman könüllü adını hərbiyə yazdırmışdı. Vətən müharibəsi başlayanda da müharibədə iştrak etmək istəyən ilklərdən olub.
Anası Təranə İsmayılova bildirir ki, oğlu döyüşlərə getməmişdən qabaq ona deyib ki, vətən bizimdir və biz döyüşməliyik.