Cəbhədə erməni təxribatı- Şəhidimiz var

0
604

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

2000-ci il təvvəllüdlü Elşən Xəlilov Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinə daxil olan Köhnəqışlaq kənd sakini idi.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!