Şəhid Təbriz Qasımovun adına iftar süfrəsi verildi.

0
443

Qəbələ rayon Yeni məsciddə Şəhid Təbrizin adına ailəsi iftar süfrəsi verdi.

İftar süfrəsində şəhid ailələri, məscidd müəllimləri,yaxınları, oruc tutan xanımlar iştirak etdi.

Şəhid ruhuna dualar oxunub, xatirəsi anıldı.

Şəhid Gizir Qasımov Təbriz . Qəbələ.ş. Yemişanlı kəndində 1993-cü ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Şəki Pedeqoloji texnikumuna qəbul olmuş və oranı bitirmişdir, daha sonra Sumqaytda N saylı hərbi hissədə həqiqi hərbi xidməti bitirmiş bir neçə dəfə fərqlənmələr almışdır hərbi hissə komandiri tərəfindən fəxri fərmanlarıda vardır. Daha sonra Daxili qoşunlar üçün gizir kursu keçərək Qəbələ rayonu Daxili qoşunlarda işə başlamış 2015 – ci ildən 2018-ci ilə kimi 3 il burda işləyir daha sonra işdən çıxır . Müxtəlif yerlərdə çətinliklə işləyir usta, fəhlə ,ofisant, son olaraqda Qəbələdə kafede salatçı işləyir. Tovuz döyüşləri zamanı Prezident xalq könüllü orduya yazlmaqla bağlı müraciət edir.
Təbriz Qasımov dərhal orduya könüllü yazılır dəfələrlə hərbi komisarlığa gedir amma ehtiyac olmadığı üçün hərbiyə aparılmır.
Sentiybr aynın 27-si Vətən Muharibəsi başlayır ayın 28-indən oktiyabrın 4 nə dək hər gün komisarlığa müraciət edir nəhayət oktiyabrın 5 – i yola düşür.
İlkin olaraq Agcəbədidə N saylı hərbi hissənin tərkibinə yollanır. Daha sonra qrup komandiri olaraq Fizuli , Ağdərə, və Xocəvənddə döyüşür və Xocəvənddə öz əsgəri Feyzizadə Toğrulla birlikdə Minamyot zərbəsi nəticəsində Şəhid olur. Qasımov Təbriz Ailəli idi 1 qızı və həyat yoldaşı ilə birlikdə Qəbələ şəhərində yaşayırdı.

Allah rəhmət eləsin şəhidlərimizə

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri

Təranə Alməmmədova.