Şəhid Rüstəm Atakişiyev anım günü qeyd olundu.

0
972

Qəbələ rayonu Tüntül kəndi

Atakişiyev Rüstəm Zahid oğlu 24.12.2000 ci ildə Qəbələ rayonu Tüntül kəndində anadan olub . 2007-ci ildə Murtuzov Müşfiq adına Tüntül kənd orta məktəbinə gedib. 2018-ci ildə orta təhsilini başa vurub. 05.07.2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Xüsusi Təyinatlı Qüvvələrin Xüsusi Təyinatlı Dəstəsində atəş dəstək tağımının snayper manqasının baş snayperi olub. 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində iştirak etmiş, bir neçə yerin düşmən işğalından azad olunmasında böyük qəhrəmanlıqlar göstərmişdir.Hərbi anda sadiq qalaraq 21.10.2020-ci ildə Şuşa istimaqəti uğrunda gedən döyüşlərdə mərdlik və şücaət göstərərək qəhrəmancasına şəhid olub. Şəhid Rüstəm Atakişiyev 23.10.2020-ci ildə xalqın böyük izdihamı ilə Tüntül kənd məzarlığında dəfn olunub. İki bacının tək qardaşı idi

Tədbirdə Qəbələ şəhid ailələri, İsmayıllı, şəhid ailələri,kənd sakinləri, ailə üzvləri iştirak etdi.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş ruhana dualar oxunmuşdur.

Şəhidin ailə üzvləri şəhidi ziyarət edənlərə öz təşəkkürünu bildirmişdir.

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri