“Şəhid qəbiristanlığı” gənclərin gülüş obyektinə çevrilib: Əslində, elə belə də olmalı idi!

0
585

İrəvanda yerləşən və Ermənistanın Qarabağda apardığı işğalçılıq müharibəsi zamanı məhv edilən erməni hərbçilərinin məzarlarının yerləşdiyi Yerablur qəbiristanlığı erməni gənclərinin gülüş və əyləncə mərkəzinə çevrilib. Qarabağda Azərbaycan ordusu tərəfindən  məhv edilən ermənilərlə yanaşı, dünyanın müxtəlif ölklərində terror aktları törədən məşhur erməni terrorçularının da basdırıldığı bu qəbiristanlıq, rəsmi İrəvan tərəfindən erməni gənclərinə müqəddəs ziyarətgah kimi sırınmağa çalışsa da, görünən odur ki, erməni yeniyetmələrinin özü də bu qondarma qəhrəmanlıq salnaməsinə inanmır, bunu gülüş və təbəssümlə qarşılayırlar.

Bu günlərdə sözügedən qəbiristanlığı ziyarət edən bəzi gənclərin ölən ermənilərin şərəfinə ucaldılan abidə önündə gülərək şəkillər çəkdirməsi, qəbiristanlıqda bayram rüsgarı əsdirməsi müşahidə edilib. Bu isə onu göstərir ki, İrəvan tərəfindən aparılan bütün təbliğata rəğmən, erməni gəncliyi baş verənlərin fərqindədir və onlar Qarabağda – ermənilər üçün yad olan bir torpaqda ölən insana qəhrəman kimi ehtiram göstərmək zərurətini özlərində hiss etmirlər.

Bütövlükdə isə baş verənlərə məntiqi bir proses kimi baxmaq olar. Çünki özgə torpaqlarına can atdığı üçün canından olan təcavüzkarların uyuduğu bu məzarlığa, qondarma “şəhidlərə” ehtiram göstərmək üçün həqiqətən də heç bir səbəb yoxdur. Görünür, Yerablur qəbiristanlığı ermənilərə bundan sonra yalnız gülüş və əyləncə mərkəzi kimi lazım olacaq.