Şəhid hərbi qulluqçu Elmi Səmədovun dəfn mərasimi keçirilir – FOTO

0
159

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, Salyan rayonunun Qızılağac kənd sakini, 1996-cı il təvəllüdlü Səmədov Elmi Mirzəli oğlunun nəşi ailəsinə təhvil verilib.

E.Səmədov Almalı kənd qəbiristanlığında dəfn olunur. Dəfn mərasimində şəhidin doğmaları, hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər. E.Səmədov ailənin yeganə övladı olub.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.