Şəhid baş leytenant Sumqayıtda dəfn olundu – FOTO

0
452

Sumqayıt şəhərində  Vətən müharibəsində şəhid olmuş baş leytenant Məmmədzadə Mikayıl İlqar oğlu dəfn edilib.

Bu gün şəhidlə vida mərasimi keçirilib.

Şəhidimiz baş leytenant Məmmədzadə Mikayıl İlqar oğlu  Sumqayıtın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər rəsmiləri iştirak ediblər. 

Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

Qeyd edək ki, Murovdağ istiqamətində döyüşlərdə iştirak edən M. Məmmədzadənin taleyi barədə sentyabrın 28-dən məlumat əldə etmək mümkün olmayıb. Ötən gün onun şəhid olduğu məlum olub.

Allah rəhmət eləsin!