08.04. 2025-ci il saat 15:00-da Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Mərkəzi Kitabxanasında 44 günlük Vətən müharibəsi şəhidi Aydın Bayramovun xatirəsinə həsr olunmuş “Murov Pələngi “adlı kitabın təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhid ailələri, Qəbələ yazarları, MKS-nın mərkəz və filial əməkdaşları, Kulub işçiləri və Qəbələ Müstəqil İnternet Televiziya və Radio Şirkəti iştirak etmişdir.
Şəhid ailələrinin xatirələri dinlənilib onların xatirəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Sonda kitab sərgilərinə baxış keçirilib.
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri







