
Vətən Müharibəsində şəhid olmuş əsgərimizin bayrağı atasına təqdim edilərkən qürurverici anlar yaşanıb.
Bununla bağlı sosial şəbəkələrdə görüntü paylaşılıb.
Belə ki, şəhid əsgərimizin mafəsi (İçərisinə əsgərin nəşinin qoyulduğu xərək – red.) üzərində gələn üçrəngli bayrağımız onun atasına təqdim edilərkən, o, “Vətən sağ olsun, Qarabağ Azərbaycandır!” sözlərini deyib.