Şəhid anası oğluna hazırladığı bağlamaları kimsəsiz uşaqlara hədiyyə etdi – FOTO

0
387

Şəhid anası oğlu üçün hazırladığı mürəbbə və kompotları baxımsız və kimsəsiz uşaqlara hədiyyə edib.

Leyla xanım oğlu Ataməli Musaoğlu üçün vaxtilə bağlamalar hazırlayıb.

Övladı şəhid olduqdan sonra həmin mürəbbə və kompotların dövlət himayəsindəki baxımsız və kimsəsiz uşaqlara verilməsini istəyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov şəhidin ailəsini ziyarət edərkən şəhidin anası Leyla xanım bu istəyini bildirib.

Deyib ki, valideyn himayəsindən kənar qalan uşaqlara bu sovqatı etməklə oğlunun ruhunu sevindirəcək. 

Onun istəyinə uyğun olaraq mürəbbə və kompotlar qurumun Həssas qruplardan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsindəki uşaqlara çatdırılıb.