Şəhid ailəsinin icra başçısından şikayəti – Video

0
1274

Ağdam rayonun müdafiəsi uğrunda şəhid olmuş Əliyev Hikmət Zili oğlunun ailəsi bu rayonun İcra Hakimiyyəti tərəfindən qanunsuzluqlara və hörmətsizliklərə məruz qalmaları ilə əlaqədar İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədova müraciət etmişlər.

Müraciətdə bildirilir ki, bu ailə üçün ayrılmış torpaq sahəsi müvafiq qanunlara və sənədlərə zidd olaraq onlara verilmir. Eyni zamanda bu ailə Ağdam rayonunun icra başçısının müavini Allahverən Əliyev tərəfindən təhqir olunduqlarını bildirir. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov isə şəhid ailəsini qəbul etməkdən imtina edir.

İctimai Nəzarət Koalisiyasının Ağdam rayon nümayəndəliyinin rəhbəri İnşallah Qarayevin şəhidin anası Həqiqət Əliyeva və qardaşı Cavad Əliyevlə söhbətini oxuculara təqdim edirik.

Onu da bildirək ki, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov (o eyni zamanda DAMM İB-in I vitse – prezidenti, SİMİB-in rəhbəridir) bu məsələnin həlli ilə əlaqədar müvafiq orqanlarla əlaqə yaradacağını bildirmişdir.

“ictimaixeber.az”