Şəhid ailəsi 10 min manatlıq müavinəti fonda bağışladı – VİDEO

0
368

Hər kəs şəhid anasının dövlətin onlara ayırdığı şəhidliyə görə müavinəti, Silahlı Qüvvələrimizin Yardım Fondunun hesabına ianə etməsindən danışır. Şəhid, Məlik Zülfüqarovun ailəsi onlara verilən 10 min manatı Silahlı Qüvvələrin hesabına bağışlayıb.

Şəhidin anası Yeganə Əbdülova qeyd edib:

“Bir gün oğlum mənə zəng elədi ki, ana, döyüşə gedirik, daha məni axtarma. Dedim, oğul, sən ki Vətən uğrunda müharibədə iştirak edirsən, sağ-salamat get, sağ-salamat da qayıt”.

Döyüş əsnasında Məlik ağır yaralanır və şəhid olur. Ən uca zirvəyə yüksəlir.

Dövlətimizin şəhidliyə görə ayırdığı müavinətdən imtina edən Məlikin anası vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayır. Deyir ki, əgər torpaqlarımız yolunda oğlumu itirdimsə, onun adına gələn pul da dövlətimizə, ordumuza getməlidir.

44 günlük Vətən müharibəsində Məlik və onun kimi canından keçən oğullarımız sayəsində 30 illik həsrətimizə son qoyduq. Şəhidlərimizin qanı bahasına əbədi müstəqillik və suverenliyimizə imza atdıq. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.