Şəhid ailələrinin xeyir duası ilə birinci sinfə gedən Ayla.

0
339

Qəbələ rayon Vəndam qəsəbə sakini Abdurahmanova Ayla Ruslan qızı bu il məktəbə yola düşəcək.
Ayla kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə alıb.
O hər zaman şəhid tədbirlərində iştirak edir.
Və ats- anasından xahiş edir ki, mən bu il birinci sinfə qədəm qoyacam
Çox istəyirəm ki, şəhid ailələri bizim evimizin qonagı olsun.
Onların xeyir – duaların alıb məktəbə gedim.
Bu gün Aylanın ailəsində şəhid ailələri ilə qonaq olduq.
O kiçik ürəyində böyük Vətən sevgisi oldugunu bir daha sübut etdi.
Ən çox diqqətimi çəkən darvazada olan bayragımız oldu.
Sonra həyətdə şəhid sərgisi, düzənlənişdi.
Şəhid sərgisində Aylanın albomun gördüm, bu albomda tədbirlərdə olan şəkilləri çəkdirib xatirə edib.

Şəhid atası Cəlil Xeyirbəyli Aylaya şəhidlər haqqında yazdığı kitabı təqdim etdi.

Şəhid ailəridə Aylaya qızıl ay – ulduzlu bir boyunbağı bagışladl.
Ayla təşkilatımızın adından fəxri fərman ilə təltif olundu.
Şəhid ailələri Aylanın ailəsinə təşəkkür bildirdilər.

Təranə Alməmmədova.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəz Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri.