Şəhid ailələri iftar süfrəsində

0
47

Qəbələ rayon İntelekual İnkişaf Naminə İctimai Birlik Mərkəzində şəhid ailələri üçün iftar süfrəsi verildi.

İftar süfrəsi təşkil edən “Elşən şirniyyat evinin” rəhbəri Rəşad müəllim çıxış edərək, şəhid ailələrin Ramazan bayramı münasibətilə təbrik etdi. Onlara hər il olduğu kimi bayram payı hədiyyə etdi.

İftar süfrəsində şəhid ana ,bacıları, qardaşları, şəhidlərimizin həyat yoldaşılari, ataları iştirak etdi.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.

İftar süfrəsindən sonra şəhid ailələri səmimi söhbət etmişdilər.

Verilən iftar süfrəsini Allah qəbul etsin.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri