ŞƏHİD ADI GƏLƏNDƏ AXAR SULAR DA DAYANIR

0
312

Şəhid!
Bu adın qarşısında hər kəs, kimliyindən asılı olmayaraq ayaq saxlayır və özünü ona borclu sayır.

2020-ci ilin 27 sentyabrında başlayan ll Qarabağ Müharibəsi xalqımız üçün ağır olsa da sonu qəĺəbə ilə nəticələndi. Respublikamızın elə rayonu, elə kəndi olmadı ki, şəhid verməsin.

Qəbələ rayonu da vətənin çətin günündə Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşdi. Ölkə Prezidentinin dəmir yumruğu hər kəsi birliyə çağırırdı. Xalq həmrəy oldu və bu yolda sinəsini qabağa verdi.

44 günlük Vətən Müharibəsində Qəbələ rayonu da çoxlu sayda şəhid verdi. Nə az, nə çox, 37 şəhid.

Belə oğullardan biri də şəhid Yusifov İmaməddin olmuşdu. O, 20.07.2002 ci ildə Qəbələ rayon Mıxlıqovaq kəndində anadan olmuşdur. Amma amansız fələk onun da qismətinə şəhidlik yazdı. İmaməddin də digər igidlərimiz kimi 10.10.2020ci ildə Füzulinin azad olunmasına görə, vətən uğrunda şəhid olmuşdur. Ölümündən sonra Vətən uğrinda medalı ilə təltif olunub.

Bu gün onun cənnətməkan məzarını ziyarət etdik. 20 yaşını təntənəli şəkildə məzarı başında keçirdik.

Ruhuna dualar oxunub, məzarına gül dəstələri qoyulmuşdur.

Tədbirdə rayonun icra rəhbəri Səbuhi Abdullayev, rayon icra numayəndələri, Hərbi komisalıq, Agsu şəhid ailələri, Kürdəmir şəhid ailələri öz təskilatçıları Roman müəlim ilə, Qəbələ şəhid ailələri, qazilər,” Xarıbülbül Ədəbi Məclisin, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbıri,yazarlar, şəhidin əsgər yoldaşları,imamlar, Sumqayıt şəhərindən kiçik Məhəmməd , Seyidqışlaq kənd məktəbindən Ayla balamız şeir və mahnı ərnagan etdi.

Tədbir Mehman Şəfiyev çıxış edərək, şəhid ailələrinə səbr dilədi. O qeyd etdi ki, şəhidlər bizim and yerimiz və müqəddəslərdir. Kimsənin onları unutmağa haqqı yoxdur. Sonra çıxış üçün söz şəhid ailələrinə verildi.
Agsudan , Kürdəmirdən gələn şəhid ailələri çıxış etdi.

Tədbir şəhidin adina ucalmış bulağın açılışı ilə davam etdi.
Şəhidin ailə üzvləri bulağın açılışın etdi.
Şəhid nənəsi gələn qonaqlara öz təşəkkürünü bildirdi.

Bulağın üzərinə gül dəstələri qoyuldu.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin Şəhidlərimizə.

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisin, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəz Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri