ŞƏHİD ADI GƏLƏNDƏ AXAR SULAR DA DAYANIR

0
495

Şəhid!
Bu adın qarşısında hər kəs, kimliyindən asılı olmayaraq ayaq saxlayır və özünü ona borclu sayır.

2020-ci ilin 27 sentyabrında başlayan ll Qarabağ Müharibəsi xalqımız üçün ağır olsa da sonu qəĺəbə ilə nəticələndi. Respublikamızın elə rayonu, elə kəndi olmadı ki, şəhid verməsin.

Qəbələ rayonu da vətənin çətin günündə Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşdi. Ölkə Prezidentinin dəmir yumruğu hər kəsi birliyə çağırırdı. Xalq həmrəy oldu və bu yolda sinəsini qabağa verdi.

44 günlük Vətən Müharibəsində Qəbələ rayonu da çoxlu sayda şəhid verdi. Nə az, nə çox, 36 şəhid.

Belə oğullardan biri də şəhid Bunud kənd kənd Şəhid mayor Natiq. İsmayılovun anım günü keçirilmişdir. Onun Vətənə əmanət dörd körpəsi var.

Tədbirdə rayonun icra nümayəndəsi, İNK rayon sədri, qazilər , şəhid ailələri, şairlər , çıxış edərək, şəhid ailələrinə səbr dilədi. Qeyd etdi ki, şəhidlər bizim and yerimiz və müqəddəslərdir. Kimsənin onları unutmağa haqqı yoxdur.
Sonra şəhidin adına olan bulağın açılışı oldu.
Yüksək səviyyədə keçən tədbir şəhidin ata ocağında, ehsan süfrəsi arxasında davam etdi.

Allah rəhmət eləsin Şəhidlərimizə.

Təranə Alməmmədova

Qəbələ İctimai Nəzərət Koalisiya nümayəndəliyin rəhbəri