Ötən gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu sabah Cəlilabad rayonunun Cəfərxanlı kəndi qəbiristanlığında dəfn ediləcək.
Martın 6-da şəhidlə ailəsinin yaşadığı kənddə vida mərasimi keçiriləcək.
Mərasimdən sonra şəhid kənd qəbiristanlıqda torpağa tapşırılacaq.
Hazırda şəhidin nəşi doğulduğu kəndə aparılır.
Qeyd edək ki, ötən gün saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. / Report