Almaniyada yaşamaq icazəsi olan Azərbaycan vətəndaşları 11 may 2020-ci ildə Frankfurt şəhərinə planlaşdırılan çarter reysindən istifadə edə biləcəklər.
Bu barədə Almaniya səfirliyi məlumat yayıb.
Bildirilib ki, uçuş təxminən 230 avroya başa gələcək:
“Əlavə məlumatlar hələlik məlum deyil və mümkün qədər ən qısa zaman ərzində bildiriləcək”.
“Bu səbəbdən yaşamaq icazəsi olan şəxslərdən pasport və yaşayış icazəsinin bir nüsxəsini bu gün saat 14:00-dək [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.
Uçuş yerləri tükəndiyi halda, Almaniya/Avropa İttifaqı ölkələrindən olan vətəndaşların əcnəbi ailə üzvlərinə, habelə sistem üçün vacib olan müvafiq peşə qruplarına üstünlük veriləcək”, – deyə səfirlikdən bildirilib