Ermənistan Azərbaycanla konfliktə KTMT ölkələrini cəlb etməyə çalışır.
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın RBK media qurumuna açıqlamasında deyib.
“Bu provokasiya KTMT ölkələrini və ilk növbədə Rusiyanı bu konfliktə cəlb etməyə yönəlib. Belə ki, o, Dağlıq Qarabağla təmas xəttində yox, Ermənistan-Azərbaycan sərhədində baş verib”, – deyə o bildirib.
O, Azərbaycanın konfliktin eskalasiyasında maraqlı olmadığını, özünün iqtisadi inkişafını ən yüksək səviyyədə saxlamağa çalışdığını deyib:
“Biz konfliktin sülh yoluyla həllində maraqlıyıq, amma bunun üçün işğalçı qoşunlarının ölkəmizdən çıxarılması lazımdır. Yalnız o zaman hansısa kompromisdən bəhs etmək olar. Bu gün hansı kompromisdən danışmaq olar? Biz torpaqlarımızımı verməliyik? Dünyanın bütün ölkələri ərazi bütövlüyümüzü tanıyır. Heç kim “dqr”i tanımır və tanımayacaq”.
Bülbüloğlu Azərbaycan xalqının Qarabağla bağlı danışıqlardan imtina etdiyini söyləyib.