Səfir: “Cəbrayılda qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılıdır”

0
363

“Cəbrayılda dağıdılmış mənzərələri görmək çox ağrılıdır”. 

Bunu jurnalistlərə açıqlamasında Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç deyib.

O bildirib ki, Cəbrayılda gördüyü səhnələr ona doğma ölkəsini xatırladır.

“Cəbrayılda qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılıdır. Bu kimi mənzərələr onu göstərir ki, belə münaqişələr olmalıdır”, – deyə səfir qeyd edib.