
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tvitter hesabında maraqlı paylaşım edib.
O, Bakı yaxınlığında çəkilmiş şəklini Bond filminə bənzədib.
“1999-cu ildə çəkilmiş Bond filminin “Dünya Kifayət Deyil” seriyasının Bakı yaxınlığında çəkilmiş yerlərində olmaq maraqlı oldu. Siz necə, olmusunuz orada?”, – səfir sual verib.
Səfirin paylaşdığı şəkildəki “Ceyms Bond – Ceyms Şarp” bənzətməsi maraq doğurub.


